“Rusiyanın iqtisadi iflasından sonra onun dağılması qaçılmaz olacaq”. Bunu TSN televiziyasına müsahibəsində rusiyalı jurnalist Saşa Sotnik söyləyib.
Saşa Sotnik qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsini Qərblə qarşıdurmaya cəlb edib. Jurnalist qarşıdurmanın nəticəsinin iqtisadi iflas və Rusiyanın dağılması olacağını bildirib.
Onun fikrincə, Rusiyanın iflası və dağılmasının qarşılığı vətəndaşlar üçün çox ağır olacaq. Saşa Sotnik vurğulayıb ki, federal hakimiyyət heç kəsə lazım olmayacaq: “Yerli knyazlar dərhal şəxsi torpaqlarının sərhədlərini cızmağa, pulu bölməyə, öz şəxsi ordularını yaratmağa başlayacaqlar. Rusiyadan bir neçə region qopacaq. Moskva ilk növbədə Kalininqrad, Şimali Qafqaz, Dağıstan, Şimali Osetiya, Qaraçay-Çərkəz, Çeçenistan və İnquşetiya ilə vidalaşmalı olacaq. Bu artıq praktik olaraq şəffaf perspektivdir. İqtisadi iflas olacağı halda mütləq baş verəcək”.
Jurnalistin sözlərinə görə, Rusiyanın dağılması müddəti pulun hakimiyyətə hansı müddətə çatacağından asılıdır. Rusiya jurnalistinin fikrincə, bu müddət 2 ildən 10 ilə qədər müddətdə özünü göstərəcək.
Qeyd edək ki, Rusiya Ehtiyat Fondu 2016-cı il iyunun 1-dən noyabrın 1-inə qədər təxminən 560 milyard rublda (təxminən 8,7 milyard dollar) azalıb. Noyabrın 1-inə olan məlumata görə, Rusiya Ehtiyat Fondunun həcmi 1991,61 milyard rubl (31,66 milyard dollar) təşkil edir.(Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...