“Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”.
MilliYol.Az xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Və sonuncu şərt – qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”, - Prezident vurğulayıb.
Digər xəbərlər
loading...