Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Gəncənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb.
MilliYol.Az xəbər verir ki, bəyanatda işğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu hücumlarla başda Cenevrə Konvensiyaları olmaqla, beynəlxalq hüququn bütün tələblərini pozduöu bildirilir. XİN Azərbaycanın Ermənistanın bu cür təxribatlarına uymayacağına ümid edildiyi vurğulanıb:
“Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum edərək mülki insanları hədəf alması, onun qanunsuz əməllərinin daha bir təzahürüdür. Bu hücumları qınayırıq. Bu hücumlar Ermənistanın düşdüyü çarəsiz vəziyyətin və qanunsuz işğalını davam etdirmək üçün insanlığa qarşı cinayətlər törətməkdən geri qalmayacağının sübutudur. Əvvəldən də söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir.
Mülki əhaliyə zərər dəyməməsi üçün səy göstərən və beynəlxalq hüququn tələbləri çərçivəsində özünümüdafiə hüququndan istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mübarizə aparan qardaş Azərbaycanı dəstəkləyirik".