"Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxlərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".
MilliYol.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan qoşunların təmas xəttində itkilərini gizlətmək üçün fotoşop və digər vasitələrlə saxta məlumatlar hazırlayır və yayır:
"Bizim mülki insanlarla işimiz yoxdur. Ermənistan məqsədyönlü şəkildə mülki insanları hədəfə çevirməyə çalışır. Azərbaycanın erməni xalqı ilə işi yoxdur, - H.Hacıyev əlavə edib..