"Demokratik seçkidə xalqın seçimi qarşısında nə maliyyə, nə də media hakimiyyəti duruş gətirə bilmir".
MilliYol.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu ABŞ-dakı seçkini şərh edərkən deyib.
Qubad İbadoğlunun sözlərinə görə, ABŞ-da prezident seçkilərinin nəticələrinin ilkin təhlili göstərdi ki:
- demokratik və azad seçkidə əvvəlcədən proqnoz etmək asan deyil.
- dünyanın heç bir ölkəsində ədalətli seçki keçirmək mümkün deyil.
- seçki kampaniyasında büdcənin böyüklüyü siyasətdə uduş üçün başlıca faktor sayıla bilməz.
Ekspert bildirib ki, bu seçki kampaniyasında Klintonun topladığı büdcə 516 milyon dollar, Trampın 205,8 milyon dollar olub: "Klintonun seçki kampaniyasına Buffet, Soros kimi maliyyə oliqarxları, Səudiyyə Ərəbistanı, Qatar kimi zəngin ölkələr pul ayırıb. Amma Donald Trampın kampaniyasında əsas maliyyə mənbələri şəxsi vəsaitlər və sıravi vətəndaşların ianələri olub. Onun kampaniyasına bir ianəçinin xərclədiyi vəsaitin orta məbləği 61 dollar olub. Buna baxmayaraq, “Wall Street”, iri banklarin, nüfuzlu medianin, zəngin ölkələrin Hillari Klintona səxavətlə pul xərcləsələr də onu prezident edə bilmədilər. Baxmayaraq ki, nüfuzulu media orqanları "CNN", "BBC", "New York Times" Donald Trampın əleyhinə təbliğat aparsa da onu məğlub edə bilmədilər".
MilliYol.Az
Digər xəbərlər
loading...