“Bir azdan Tofiq Yaqublu evə buraxılacaq”.
Bunu Qaynarinfo-ya professor Adil Qeybulla deyib. Adil Qeybulla onun vəziyyətinin yaxşı olduğunu bildirib:
“Səhhəti yaxşıdır, bir azdan onu xəstəxanadan yola salacağıq”.
Qeyd edək ki, bu gün məhkəmənin qərarıyla ev dustaqlığına buraxılan Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.
Xatırladaq ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib. Hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.
Digər xəbərlər
loading...