"Məni sosial şəbəkədə pisləmirlər. Amma hamı da yaxşıdır demir. Heç bunu istəmirəm də. Ancaq mahnılarım "Youtube"da izlənir, 1 milyon baxış sayı toplayan ifam da var. Anadan olandan uğurlu biriyəm".
MilliYol.Az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Üçümüz" proqramında deyib. Sənətçi sosial şəbəkələrdə sənət adamlarına yazılan tənqidlərdən bəhs edib. O bildirib ki, ünvanına çox təhqir və tənqid yazılmır.
Bir müddət əvvəl gözəllik salonu açan Mənzurə biznesinin bağlandığını söyləyib:
"Gözəllik salonu açmışdım, 20 gün işlədi. Varımı-yoxumu salona qoydum ki, pul qazanım. Amma pandemiya düşdü və batdı".
Digər xəbərlər
loading...