“2014-cü ildə Rövşən Lənkəranskinin italyan polisindən qaçaraq mənim villalarımda gizlənməsi xəbəri təəccüblü gəldi. Mənim Rövşən Canıyevlə heç vaxt şəxsi tanışlığım olmayıb. Barəmdə yazılanlar da tam cəfəngiyyatdır”.
Lentaz-ın məlumatına görə, bu barədə “Dünya Azərbaycanlıları İttifaqı”nın (DAİ) prezidenti və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” (ÜAMF) Əlaqələndirmə Şurasının sədri Füzuli Məmmədov bildirib.
Frenk El Kapone ləqəbli iş adamı deyib ki, belə bir hadisə olmayıb və ola da bilməz: “Mən heç vaxt o insanla görüşməmişəm. Əgər Rövşən Canıyev də İtaliyada kömək üçün mənə müraciət etsəydi, mən ona da İtaliya qanunlarını pozmadan bütün zəruri köməkliyi göstərərdim. Mən Rusiyada da, İtaliyada da qanunlara tabe olan və vergi ödəyən vətəndaş olmuşam və indi də beləyəm. Harada yerləşməklərindən asılı olmayaraq yaşadıqları ölkələrin qanunlarını pozmadan mən həmişə azərbaycanlılara kömək edirəm. Şəxsi həyatımda olduğu kimi, biznesimdə də qanunun ruhuna və hərfinə əməl edirəm. Lakin hətta buna baxmayaraq, 15 il öncə mənim həyatımda bir iyrənc təxribat olub və buna görə 2 il əziyyət çəkmişəm və sağlamlığımı korlamışam. Buna görə də hər şeyə ehtiyatla yanaşıram’’.
MilliYol.Az
Digər xəbərlər
loading...