Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, bu günə qədər isə ümumilikdə 980 978 test icra olunub.
Qeyd edək ki, ötən gün 139 yeni yoluxma faktı qeydə alınmış, 128 nəfər müalicə olunaraq sağalmış, 1 nəfər vəfat etmişdi.