Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
MilliYol.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün general-leytenant Yaşar Əliyevin 60 yaşı tamam olur. O, 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləyib.
2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsini tutub. 2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib. 15 May 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb.
1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib. Ailəlidir, bir övladı var.