Xəbər verdiyimiz kimi, builki qəbul imtahanlarında hərarəti yüksək olan abituriyentlər imtahana buraxılmayıb.
Bəs həmin abituriyentlər sonradan imtahanlarda iştirak etmək şansı qazanıbmı?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə modern.az-a açıqlamasında həmin abituriyentlərin taleyinə aydınlıq gətirib:
"İmtahanın birinci mərhələsində iştirak edə bilməyənlər üçün digər imtahan günlərinin birində şərait yaradılıb və hamı iştirak edib". İmtahanların ikinci mərhələsində yüksək hərarət səbəbindən iştirak edə bilməyən abituriyentlərə gəlincə, DİM rəsmisi bunun mümkün olmadığını söyləyib: "Qəbul imtahanlarının ikinci mərhələsi isə bir dəfə keçirilir və hər hansı səbəbdən bu imtahanlarda iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilmir. İmtahanlar yekunlaşmalıdır ki, müsabiqə keçirilsin".