Ölkəmizdə kəkəlmə qüsurunun müalicəsi üzrə tanınan Qüsursuz Nitq Korreksiya mərkəzi yenilikləri ilə insanlarımızı sevindirməyə davam edir.
Mərkəz ən yeni proqramlar sayəsində artıq kəkələmə qüsurlu insanların tam müalicəsini həyata keçirə bilir. Qüsursuz Nitq Korreksiya Mərkəzinin direktoru, defektoloq loqoped Esmira Qafarova bildirir ki, hamiləlik patologiyalarının, doğuş travmalarının, bətndaxili infeksiyaların artması, uşaqlarda müxtəlif hərəki və nitq pozulmalarının meydana çıxmasına səbəb olur.
Bu patologiyalar arasında nitq inkişafının ləngimələri daha çox rast gəlinir. Statistikaya görə, hər 4 uşaqdan birində nitq inkişafının ləngiməsi müşahidə olunur. Nitq inkişafının ləngiməsi əqli gerilik və ya pedaqoji hazırsızlıqla əlaqəli olmayan, nitq mərkəzlərinin ləng inkişafı nəticəsində meydana çıxan nevroloji problemdir. Normada 3 yaşındakı uşaqlarda tam formalaşmış nitq olmalıdır.
Nitq mərkəzlərinin ləng yetkinləşməsi müşahidə olunan uşaqların intellektual inkişafı yaşına uyğun olsa belə, uşaqlarda öz yaşına uyğun nitq formalaşmır. Uşaq deyilənləri anlayır, lakin söz ehtiyatının azlığı və nitq mərkəzinin işinin qeyri-yetkinliyi səbəbindən düzgün cümlə qura bilmir və daha çox jestlərdən istifadə edir. Mərkəzi sinir sisteminin funksional vəziyyətini qiymətləndirmək üçün uşağın hərəkəti, əqli, nitq, yaddaş, anlama, qavrama və s. bacarıqları müayinə olunmalıdır.
Loqoped Esmira Qafarova qeyd edir ki, son illərdə əlavə təsirləri olmayan alternativ müalicə üsulu - transkranial mikropolyarizasıya metodu ilə müalicə öz əvəzsiz təsirini göstərir. Transkranial mikropolyarizasıya metodu ilə müalicə Rusiya Elmlər Akademiyası N.P.Bexterev adına Sankt-Peterburq Beyin İnstitutu alimlərinin ixtirası olan mikropolyarizasiya cihazı ilə aparılır. Mikropolyarizasiya metodu ilə müalicənin qeyri-invaziv, ağrısız olması onun istifadəsini asanlaşdırır. Bu üsul sinir hüceyrələrinə, hüceyrələrarası sinapslara kiçik amperli, daimi cərəyanın etdiyi təsirə əsaslanır. Müalicə zamanı elektrodlar patoloji prosesin yerləşməsindən asılı olaraq baş və onurğa beyninin müxtəlif nahiyələrinə qoyulur.
Mikropolyarizasiyanın istifadəsi üçün GÖSTƏRİŞLƏR:
- Nitq inkişafının ləngiməsi
- Əqli inkişafın ləngiməsi
- Uşaq serebral iflici
- Hiperaktivlik və diqqətin yayınması
- Mərkəzi sinir sisteminin orqanik
zədələnmələri
- Beyin-qan dövranı pozulmaları
- Kəllə-beyin travmalarının nəticələri
- Nevroz və nevrozabənzər hallar (depressiya, aqressivlik, qorxu, həyəcan, tiklər, kəkələmələr)
- Eşitmə və görmə funksiyalarının zəifləməsi
- Skolioz
ƏKS GÖSTƏRİŞLƏR:
- yüksək hərarət
- başın tüklü hissəsinin zədələri
- beyin şişləri
Prosedurun davametmə müddəti 20-40 dəqiqədir.
Müalicənin təsiri prosedurun aparıldığı müddətdən başlayaraq 2-4 aya qədər davam edir. Bir müalicə kursu 10-15 seans davam edir.
Transkranial mikropolyarizasıya metodu ilə müalicədən sonra 80-85% uşaqlarda müsbət dinamika qeyd olunmuşdur.
Beləliklə, biz Qüsursuz Nitq Korreksiya mərkəzində həkim nevroloq tərəfindən təyin edilən transkranial mikropolyarizasiya metodu ilə müalicə üsulundan istifadə edilir. Bu uşaqların qısa müddət ərzində sosial adaptasiya, nitq və digər problemlərinin həllinə kömək edir.