Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakı metrosunun açılması ilə bağlı açıqlama verib.
MilliYol.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən Prezidentin köməkçisi bu məsələnin müzakirə olunduğunu bildirib:
“Metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir. Məktəbdərin açlıması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyinə məlumat veriləcək”.
Digər xəbərlər
loading...