Yaponiyanın Baş naziri Şinzo Abe istefa verdiyini elan edib.
MilliYol.Az xəbər verir ki, mətbuat konfransı keçirən Baş nazir bu qərarını səhhəti ilə əlaqələndirib. Şinzo Abe bildirib ki, xəstəxanada son yoxlamalardan sonra bu barədə qərar verib.
Xəstəliyinin şiddətləndiyini bildirəm Şinzo Abe "Mən öz məsuliyyətimi bilirəm və yeni Baş nazir təsdiqlənənə qədər vəzifəmi icra edəcəyəm" deyib.
Qeyd edək ki Şinzo Abe 2012-ci ildən Yaponiyanın Baş naziridir. O, ölkənin ən uzun müddət xidmət edən Baş naziridir. Şinzo Abe kəskin xoralı kolitdən əziyyət çəkir. Bu xəstəlik onda gənc yaşlarında aşkarlanıb. Şinzo ilk dəfə 2006-cı ildə 52 yaşında Baş nazir olub, lakin bu xəstəliyə görə bir il sonra postundan gedib. 2012-də yenidən Baş nazir vəzifəsini tutub. Lakin bu dəfə də eyni xəstəlik səbəbindən istefa vermək məcburiyyətində qalıb.