“Övladları cəbhədə ölən əsgər analarını Müdafiə Nazirliyinin qarşısında polisə döydürən Ermənistan hökuməti sonda belə olacağını düşünməli idi”.
Bunu MilliYol.Az-a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.
Onun sözlərinə görə, son illər baş alıb gedən fərarilik, intihar, xidmətdə nizamnamədən kənar hərəkətlər, yol qəzaları Ermənistan ordusunu sarsıtmaya bilməzdi:
“Üstəgəl, gənclərin başqa ərazidə xidmət edərkən həyatını və sağlamlığını itirməmək arzusu mütləq qaydada orduya çağırışlara öz təsirini göstərməkdə idi. Gənclər bacardıqca ordudan yan qaçır, xidmətə getməmək üçün başqa dövlətlərdə gizlənməyi üstün tuturlar. Bu günlərdə Ermənistan hökumətinin "Hərbi xidmət haqqında" qanunda dəyişikliklər edərək, silahlı qüvvələrin tərkibinə mülki qüvvələri daxil etməsi həmin bu problemi qismən də olsa, çözmək anlayışıdır. Bu məsələnin ikinci üzü isə açıq halda səfərbərlik elan edəndən sonra əhalinin səfərbərlik çağırışı əvəzinə ölkəni daha da kütləvi tərk etməsinin qarşısının bir növ, alınmasıdır”.
A. Əbilovun fikrincə, bu zaman son ümid yeri yaşlanmış, heç bir işi olmayan, səfil həyatı keçirən əyyaş qocalar olacaq:
“2016-cı ilin Aprel döyüşlərində belə bir səfil və əyyaş dəstəsi avtobuslara minib cəbhəyə yola düşdü. Bir qrupu Azərbaycan Ordusunun “HAROP” pilotsuz uçuş aparatına tuş gələrək məhv oldu. Başqa dəstə isə cəbhədə əyyaşlıq edərək əsgərə ayrılmış qida və ləvazimatları oğurlamaqla məşğul oldular. Bu da əsgərlərlə çağırışçılar arasında böyük qarşıdurmalara gətirib çıxardı. Beləliklə, Ermənistan hərbi dairələri bu köhnə "əsgiləri" cəbhədən yığmaq məcburiyyətində qaldı. Burada ikinci məqam isə bu adla Ermənistana Suriya, Livan, Rusiya və Türkiyənin əyalətlərindən qaçıb gəlmiş terrorçuların və muzdluların leqallaşdırılmasıdır. Lakin bu cəhd də uğursuzdur. Azərbaycanda 1990-cı illər deyil. Ordumuza düşmənin kim və necə olması maraqlı deyil. Maraqlı olan onları daha çox məhv edib, torpaqları azad etməkdir”.