“Aqrolizinq” ASC Sairaad Regional Numayəndəliyindən daxil olan məlumatda bildirilir ki, bəzi mətbuat orqanlarında Sabirabad rayonu Şəhriyar kənd sakini Əhədov Abuzər Fərrux oğlu tərəfindən “Aqrolizinq” ASC Sabirabad Regional Namayəndəliyi (RN) barəsində yayılan vidiomüraciət həqiqəti əks etdirmir.
Bildiririk ki, Əhədov Abuzər Fərrux oğlunun iki oğlu- Şəhriyar və Orxan Əhədovlar Sabirabad RN və onun Saatlı rayon bölməsindən taxılyığan kombayınlar götürmüşlər. Orxan Əhədov 2018-ci ildə müqavilə bağlayaraq 5 min manata “CK-5MF-1” markalı taxılyığan kombayını operativ lizinqə götürmüşdür. Həmin il üçün Orxan Əhədov müqavilə şərtlərini pozaraq 2500 manat borclu qalmışdır. 2019-cu ildə yenidən onunla müqavilə bağlanılmış, yenə də o müqavilə öhdəliyinə əməl etməyərək 3300 manat borclu qalmışdır. Borclu olduğu halda onunla bu ilin əvvəlində yenidən taxılyığan kombayın götürməsi ilə bağlı müqaviləbağlanılmış, lakin müqavilə şərtlərinə əməl etməyərək cəmi 500 manat pul ödəyərək qalan öhdəlikdən imtina etmişdir.
Abuzər Əhədovun digər oğlu Şəhriyar Əhədov da 2019-cu ildə Saatlı rayon bölməsindən operativ lizinqə götürdüyü “SR-2045” markalı taxılyığan kombayınla müqavilə şərtlərini yerinə yetirməyərək 3500 manat, cari ildə isə 4 min manat borclu qalmışdır. Bütün bunlara baxmayaraq Şəhriyar Əhədov pambıqyığan kombayın götürmək üçün Sabirabad RN-ya müraciət etmişdir. Ona izah olunmuşdur ki, pambıqyığan kombayınlar “Aqrolizinq” ASC ilə “MKT-İK” və “P.AQRO” şirkətləri arasında bağlanmış müqaviləyə əsasən həmin şirkətlərə verilmişdir. Ona “MKT-İK” şirkəti ilə işləmək məsləhət görülmüş, lakin o bundan imtina edərək həmin texnikanı özü üçün operativ lizinqə götürməyi tələb etmişdir. Abuzər Əhədovun eyni məzmunlu böhtan xarakterli ərizə və şikayətlərinə dönə-dönə rəsmi cavab verilib və qəti şəkildə təkzib olunub. İnformasiya resurslarına tövsiyyə edirik ki, hər hansı məlumatı yaymamışdan əvvəl qarşı tərəfin mövqeyini öyrənməklə göstərilən faktları bir daha dəqiqləşdirmək lazımdı.