UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
MilliYol.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 94 iştirakçı 47 cüt təşkil rdib. Bunlardan 86-sı klub, 8-i cüt şəklində püşkə qatılıb.
Püşkdə Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibləri bəlli olub.
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” Şimali Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gələcək. Təmsilçimiz bir oyundan ibarət mərhələnin görüşünü Bakıda keçirəcək.
Çempionatın bürünc mükafatçısı “Keşlə”yə Albaniyanın "Laçi” klubu rəqib olub. Bakılılar qarşılaşmaya paytaxtda çıxacaq.
Avrokubokların debütantı “Sumqayıt”ın bəxtinə Şimali Makedoniyanın "Şkendiya" klubu düşüb. “Gənclik şəhəri” təmsilçisi debüt matçını evdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
"Neftçi” (Azərbaycan) - "Şkupi” (Şimali Makedoniya)
"Keşlə” (Azərbaycan) - "Laçi" (Albaniya)
"Sumqayıt” (Azərbaycan) - "Şkendiya” (Şimali Makedoniya)