Rusiyada həyat yoldaşını dostu ilə yataqda tutan şəxs, onların hər ikisini işgəncə ilə qətlə yetirib.
ATV.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ərinə rəfiqəsiylə görüşəcəyini deyən xanım, evdən çıxmaq üçün bir neçə saatlıq icazə istəyib. Lakin qaranlıq düşməsinə baxmayaraq, o, evə qayıtmayıb. Bu vəziyyətdən şübhələnən ailə başçısı arvadının rəfiqəsinə zəng edib. Ondan həyat yoldaşının harada olduğunu soruşub. “Bilmirəm” cavabını eşidən qəzəbli şəxs, həyat yoldaşını axtarmağa başlayıb.
Bildirilir ki, ailə başçısı bundan əvvəl də qadının ona dostu ilə xəyanət etdiyini güman edirmiş. Bu üzdən, rusiyalı birbaşa həmin dostunun evinə gedib. Cütlüyü yataqda tutan şəxs, əvvəlcə dostunun cinsi orqanını kəsərək qətlə yetirib.
Daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi endirib. Çoxlu qan itirən qadın dünyasını dəyişib. Qanlı hadisədən bir neçə saat sonra cinayətkar könüllü polisə təslim olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...