“Son bir həftə ərzində xaricdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terrorizm mahiyyəti kəsb edir, cinayət mahiyyəti daşıyır”.
MilliYol.Az-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir.
Bəyanatda nifrətə əsaslanan bu cinayət əməlləri qətiyyətlə pislənilir: “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərə və diplomatlara hücumların qarşısının alınması həmin ölkənin öhdəsindədir. Azərbaycan dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərimizə və diplomatlarımıza, azərbaycanlılara qarşı törədilən əməllərin araşdırılmasını tələb edir. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza hüquqi yardımın təmin edilməsi üçün diplomatik nümayəndəliklərimizə lazımi təlimat verilib”.