Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulan Göyçay gəncləri, Qarabağ qaziləri, idmançılar bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçiblər.
MilliYol.Az xəbər verir ki, qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı Mehdi Səlimzadə də olub.
Qeyd edək ki, Mehdi Səlimzadənin 65 yaşı var. Maraqlıdır ki, icra başçısı ötən il 65 yaşı ötmüş məmurların işdən çıxarılması ilə bağlı sərəncamlardan sonra "Wikipedia" və İcra Hakimiyyətinin rəsmi saytından təvəllüdünü çıxarıb.
Digər xəbərlər
loading...