Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov gununsesi.org-a müsahibə verib.
MilliYol.Az həmin müsahibəni təqdim edir:
- Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?
- Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.
- Gələcək planınız nədir?
- Mən cəmi iki gündür ki, Xarici İşlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.
- ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?
- Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.
- Yeni Xarici İşlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var...
- Mən Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı.