“Sabiq deputat Hacı Salayevin biznes ortağı İlqar adlı iş adamı ona 250 min manat pul atıb. Aralarında böyük maliyyə hesablaşması var”.
Bu barədə “xeber.info” məlumat yayıb.
Məlumata görə, sabiq deputatın çoxçeşidli biznesi müxtəlif sahələri əhatə edir. Əsas sahələrdən isə biri tikinti sektorudur.
Məlumatda deyilir ki, sabiq deputatın İlqar adlı biznes ortağı əvvəllər gömrükdə çalışıb, indi isə özünə iri biznes şəbəkəsi qurub.
İlqar adlı iş adamının soyadını öyrənə bilməsək də, bu sahədə araşdırmalarımız davam edir.
Deyilənə görə, İlqar adlı həmin şəxs bir neçə dəfə Kəmaləddin Heydərova və Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzova da külli miqdarda pul atıb.
Kəmalləddin Heydərov ona pulu ödətdirə bilsə də, Vüsal Novruzov vəzifədən atıldığından pulu batıb.
Mövzu ilə sabiq deputat Hacı Salayevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.