İan Buruma
“Project Syndicate”, 10.06.2020
Bir müddətdir ki, ABŞ prezidenti Donald Tramp əleyhinə və trampizmin ən maraqlı tənqidləri siyasi sağdan səslənir. Düzü, mən alt-sağ, radikal sağ, yevangelist sağ və ya irqçi sağı yox, keçmişdə respublikaçı prezidentlərə səs verən və ya onlarla işləyən əsl mühafizəkarları nəzərdə tuturam.
“Never Trampers” (“Tramp əsla!”) respublikaçıları arasında jurnalist David Frum və Peter Venera (məsələn, Frum prezident Corc oğul-Buşun keçmiş nitq yazarıdır) və “Linkoln Layihəsi”nin üzvləri də var. “The New York Times”-dan Ross Dautat, Bret Stevens və “The Washington Post” qəzetindən Cennifer Rubin kimi mühafizəkar köşə yazarları da bu siyahıya daxil edilməlidirlər, çünki mütərəqqi həmkarları ilə müqayisədə məhz onlar israrla insanları daha çox Tramp haqqında düşünməyə vadar ediblər.
Niyə?
Düşünürəm ki, Tramp əleyhinə olan mühafizəkarlar sola meylli deyillər. Tramp öz vulqar zövqü, kobud davranışı və ingilis dilini ibtidai səviyyədə bildiyinə görə Amerika jurnalistikasının ən yüksək liberal dairələrində daim rişxəndə məruz qalır. Trampın bu insani səciyyəsi adamı kədərləndirsə də, ən böyük təhlükə yaradan tərəfləri deyil.
Mühafizəkarlar, həqiqi mühafizəkarlar, ümumiyyətlə, təsisatların canfəşanlı müdafiəçilərdir – təsisatların saxlanmasını istəyirlər. Buna görə də, onlar tez-tez Trampın heç də mühafizəkar olmadığını, normaları, razılaşmaları və təməlləri cındır kimi məhv etdiyini seziblər. Hər hansı bir inancı olsaydı, bu mühafizəkarların nəzərində Tramp inqilabçı sayılmalıydı.
Sol radikallar Trampın digər tənqidçilərinə nisbətən daha az təsirlidirlər, çünki onun unikal təhlükəsini görmürlər. Onlar üçün, ən pis vəziyyətdə, Tramp hələ də rədd etdikləri bir sistemin iyrənc, acınacaqlı simasıdır. Tramp – həmişə varlıların, ağların və kişilərin lehinə olan ABŞ-ın liberal demokratiyasında dərin çürümə simptomudur. Bəziləri üçün Trampın noyabr seçkilərində demokrat rəqibi Co Bayden nisbətən məqbul ola bilər, ancaq bu, həll deyil.
Amerikan tipli kapitalizmdə, Amerikadakı irqçilik və seksizmin uzun tarixində, həqiqətən, çürük bir şey ola bilər, yəni bir çox cəmiyyətdə endemik olan, əksəriyyəti nə kapitalist, nə də demokratik olan problemlər. Bu qanunsuzluqları düzəltməyə çalışdıqları üçün fəallar məmnun olmalıdırlar. Risk odur ki, irq və eyniyyət kimi vacib məsələlər diqqəti Trampın respublikaya yaratdığı xüsusi təhlükədən asanlıqla yayındıra bilər.
Əsas liberallar və demokratlar bu təhdidləri açıq şəkildə görürlər, lakin çox vaxt təbliğatçılar kimi mühafizəkarlardan az təsirlidirlər. Bunun liberalizmin özü ilə əlaqəsi ola bilər. Liberallar təbiətən anti-ideolojiçidir və onların güzəştə getmək ehtimalı yüksəkdir; sağlam zəka və maarifçi eqoistliyə inanırlar. Tramplizmə gəldikdə, yaxşı əsaslandırılmış bir dəlil bədənə, xüsusən də qurşaqdan aşağıya yönəldilmiş bir zərbə qədər uğurlu deyil.
“Tramp əsla!” mühafizəkarlarının əksəriyyəti liberalları ləkələyən əsas cərəyana bənzəmir. Bəziləri yüksək ideolojilidir. Bu, məsələn, keçmiş vitse-prezident Dan Kueyl administrasiyasının rəhbəri Uilyam Kristol və “The Weekly Standard”ın redaktoru kimi qondarma neokonservatorlara aiddir. Sonuncunun Trampın populizminə qarşı etirazı 2008-ci ildə proto-trampçı Sara Peylin və Con MakKeynin müdafiəçisi olduğunu nəzərə alsaq, ikiüzlülük qoxuyur.
Kristol kimi neokonların Trampa nifrət etməsinin bir səbəbi də hazırkı prezidentin Amerikan tipli demokratiyanı dünyada yaymaq üçün hərbi güc tətbiq etmək istəməməsidir. Kristol, David Frum və başqaları kimi, İraqdakı müharibənin fəal tərəfdarı olub. O, Amerika tipli demokratiyanın tərəfdarı kimi, Trampı ciddi təhdid görür. Mühafizəkar inam və ideoloji müjdəçiliyin bu birləşməsi onu Trampizmə qarşı nəhəng bir küçə döyüşçüsü edir.
“Never Trampers” mühafizəkarları və liberalların müvəqqəti birliyinin aqibəti sual altındadır. Demokrat Partiyasındakı sol meyl Trampdan qurtulma üçün Baydenə səs verməyə çağırır –“normal vəziyyətə qayıtma” naminə. Trampdan əvvəlki status-kvonu bərpa etmək onların məqsədi deyil. Bayden bunu başa düşür. Buna görə də, özünü müvəqqəti prezident adlandırır, yəni yaşına görə deyil.
Mühafizəkarlar, ehtimal ki, ABŞ senatoru Berni Sanders və solçuların Amerika keçidinə qarşı çıxacaqlar. Bayden bizi Trampdan azad edərsə, milliləşdirilmiş səhiyyə, mütərəqqi vergi və gəlirin yenidən bölüşdürülməsi ilə Avropa sosial demokratiyasının yolunu tutmaq üçün təzyiqlər güclü olacaq.
Bu, anti-Tramp ittifaqını məhv edə bilər, – pis deyil. Demokratlar sola doğru irəliləsələr də, həqiqi mühafizəkarlar Respublikaçılar Partiyasını dağıdıcı fanatiklərdən qurtarar. Əlbəttə, bu yalnız Tramp və respublikaçılar məğlub olduqda baş verəcək (bu da onu Ağ Evdən qovmağın yeganə yolu ola bilər).
Ancaq daha da nəticə mümkündür. ABŞ-ın ehtiyac duyduğu şey, xüsusilə depressiyanın başlamasından sonra, başqa Yeni Kurs. Franklin Ruzvelt Yeni Kursu sol idealist kimi deyil, praqmatik kimi başlayıb.
Bernie Sandersin yolu başqadır. O başa düşüb ki, kapitalizmi xilas etmək üçün hökumətin müdaxiləsi lazımdır. “Never Trampers” eyni nəticəyə gələ bilməz. Nə inqilabçı sol, nə də ifrat sağ bu nəticədən məmnun olar.
Tərcümə: Strateq.az