Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.
“Report”un əldə etdiyi məlumata görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.
Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.
Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.
Digər xəbərlər
loading...