Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov işdən uzaqlaşıb.
MilliYol.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Təhsil naziri Ceyhun Bayramov imzalayıb.
Bildirilir ki, o, yaşa görə pensiyaya göndərilib. Z.Hüseynov 2012-ci ildən bu vəzifədə çalışırdı.
Musayev Elçin Kamal oğlu isə Balakən Rayon Təhsil Şöbəsinə müdir təyin olunub.
1967-ci il təvəllüdlü Elçin Musayev 1993-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirib.
2018-ci ildən Balakən rayonu Qullar kənd 1 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Digər xəbərlər
loading...