Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.
APA-nın xəbərinə görə, ermənilər bu dəfə də Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib. İşğalçı ordunun hərbçiləri təlimlərə bu gün saat 11:00 radələrində başlayıb. Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür. Mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.
Digər xəbərlər
loading...