Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyub.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Vəfat edənlərin ümumi sayı 180-nə çatıb.
TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün 7274 test aparılıb.
Digər xəbərlər
loading...