Bərdə rayonunda ər arvadına dözülməz işgəncələr verib.
MilliYol.Az musavat.com-a istinadən xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. İki uşaq anası olan 23 yaşlı qadın əri tərəfindən verilən işgəncələrdən sonra ata evinin qapısının önünə atılıb. 1993-cü il təvəllüdlü Məmmədova Məsmə Hafiz qızı naməlum səbəbdən əri tərəfindən od götürmək üçün olan maşa ilə döyülüb. Daha sonra əri samovardakı qaynar suyu M.Məmmədovanın üstünə töküb.
Bununla ürəyi soyumayan ər həyat yoldaşının başını balta ilə kəsmək istəyib. Ancaq qonşuların müdaxiləsi ilə bunun qarşısı alınıb.
Bütün bunlardan sonra M.Məmmədova körpə uşağının biri ilə Bakıya gətirilib. Onu Binəqədi rayonunun Çiçək qəsəbəsində yerləşən ata evinin qapısına atıblar. Ağır xəsarətlər alan qadının yaxınları onu xəstəxanaya huşsuz halda çatdırıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayət işi başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...