“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qohumlarının şirkətləri üzə çıxıb.
MilliYol.Az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.
Oğlu Araz Hüseynov "Natural Aqro” MMC şirkətinin rəhbəridir. Həmçinin o "ABLV Bank”ın Bakı ofisi vasitəsilə bir çox Azərbaycan məmurlarının korrupsiyadan əldə etdikləri pulları xaricə daşıyıb.
Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M" MMC-nin təsisçisidir. Bu MMC "Azərsu" üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.
Qaynı Namiq Cidalı oğlu Cəbrayılov "Hidro-İnşaat Servis" və "Hidro-Lotus" MMC-nin təsisçisidir. Türkiyədə də "Lotus" adlı şirkəti var. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz "Hidro-Lotus" MMC-yə tapşırılıb.
Q.Hüseynovun özünün də Bakının Nərimanov rayonunda villası var.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.