Rotşildin və ya Dərin Amerikanın “Böyük Sıfırlama” planı baş tutacaqmı?..
Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 12 iyun 2020-ci il
Türkiyə son illərdə ən çox sarsıntı keçirmiş və dəyişmiş bir ölkədir. Son zamanlar çox qəribə şeylər baş verdi. Xatırlayın, 2002-2006 illəri arasında digər komandirlərin çevriliş edəcəyi və zəhərlənəcəyi iddialarından sonra Baş Qərargah rəisi Hilmi Özkökün hər gün evindən qərargaha yemək gətirdiyi iddia edilmişdi. Sonrakı illərdə Özkök bunu təkzib etmişdi, “günorta idman etdiyim üçün həyat yoldaşımın göndərdiyi zeytun yağlı yeməkləri istehlak edirdim”, demişdi. Amma “Ergenekon” məsələlərindən əvvəl onun öldürüləcəyi dildən-dilə gəzməyə davam edirdi.
Bir gün əvvəl ABŞ-dakı dostlarımla əlaqə saxladım. Uzun söhbətdən sonra dostum məsələni Trampa gətirdi və bu, məni çox təəccübləndirdi:
“Tramp tənha adamdır. Vaşinqtonda olduğu müddətdə mümkün olduqca Ağ Evdə yemək yemir. Kənarda bir komandası var. Hər gün Vaşinqtonun müxtəlif yerlərinə gedirlər və nahar qutusu ilə yemək gətirirlər. Hər gün fərqli bir yer olmasına da xüsusilə diqqət edirlər. O, ən azı 5 dəfə zəhərlənmə təhlükəsi ilə üzləşmişdi. Həqiqətən cəsur insandır. Ancaq çox qorxduğu da bir həqiqətdir”.
Doğrudan da, çox qorxulu və təəccüb doğuran bir haldır.
İndi isə zirvədən davam edək. Dərin Amerika və Rotşild ailəsinin qarşıdurmasını və buna görə də, koronavirusla tanış olduğumuzu bilirik. İndi hər iki böyük güc “Böyük Sıfırlama”ya, yəni “The Great Reset”ə start verib. Ancaq qəribədir ki, Rotşildin keçmiş oyunçusu Soros Dərin Amerika ilə birgə çıxış edir. Dərin Amerika Corc Sorosun üzərində Amerikanın elit ailələri ilə bu yeni sistemi qurmaq istəyir. Çünki Corc Soros ailələrin fəaliyyətini və dünyaya olan təsirini bilən insanlardan biridir. Soros keçən həftə Vaşinqtondakı bir köşkdə yeni dövrdə ona verilən 100 Amerikan zəngininin necə daha zəngin olacağı ilə bağlı düsturu təqdim edib.
2021-ci ildəki Davosun adı da “Böyük Sıfırlama” olub. Corc Soros Rotşild ailəsinin ən vacib güclərindən sayılan Şahzadə Çarlzı da Davosa dəvət edib. Maraqlıdır ki, şahzadə Çarlz bu təklifə “hə” cavabı verib.
Şahzadə Çarlz hər detalı dəqiq oynayan bir şəxsdir. Telefon danışığında Davosa qoşulmaqdan məmnun qalacağını söyləyərkən: “Mən də “Böyük Sıfırlama” layihəsindəyəm. İndi yeni bir dünya istəyirik. Ancaq “Böyük Sıfırlama” sizin deyil. Mənim də layihə memarı olduğum “Böyük Sıfırlama” sizə qarşıdır. Amma dialoqu tamamilə ləğv etmək istəmədiyim üçün Davosa gələcəyəm”, deyib.
Buradan da göründüyü kimi Rotşild ailəsi Dərin Amerikanı “Böyük Sıfırlama” ilə uzaqlaşdırmaq istəyir. Bəs bu necə baş tutacaq? Rotşild müharibələr və iqtisadi böhranlar nəticəsində böyüyən bir ailədir. Yanında olan iş adamları da hər müharibədən qalib kimi çıxıblar. Ancaq indi yeni bir dövr başlayıb. İllər boyu böyük bir ittifaqın gücü ilə qarşılaşan ailə işə Londondan başladı. Bəlkə də, 40 ildir ailə ilə yol gedən iş adamlarının bəziləri sıradan çıxarıldı, bəziləri digər tərəfə keçdi. Bu, ailənin ilk dəfədir rastlaşdığı bir vəziyyət idi. Çünki Rotşild ailəsinin planlarından kənara çıxan bir ailə və ya bir iş adamı iflas edərdi.
Lakin indi belə deyil. İllərlə ailə ilə birgə addımlayan bir çox rus oliqarxı Dərin Amerikanın yanındadır və hələ də güclüdürlər. Ailə onlara zərər verə bilməyib. Hətta əlaqə də saxlaya bilməyib.
Mixail Proxorovun sərvətinin ciddi bir hissəsi Rotşild ailəsinin təqdim etdiyi pullardır. O, ABŞ-da yaşayır. Ailənin tələblərini yerinə yetirən Proxorov indi Dərin Amerikaya keçib. Artıq təkcə Mixail Proxorov deyil, 10 rus oliqarxı da Dərin Amerikanın qərarlarına əməl edir.
Rus oliqarxı Dmitri Bosov da Dərin Amerikanın təzyiqi altında idi. Dərin Amerika Bosovu razı saldığını düşünürdü. Ancaq o, Rotşild ailəsinə olan sədaqətini bir daha göstərib. May ayında ailəni tərk etməyəcəyini söyləyib. Mayın 6-da isə öldürülüb. Mətbuatda isə intihar etdiyi elan edildi. Əlindəki silahla özünü öldürdüyü açıqlandı. Halbuki başından vurularaq edam edilmişdi.
Bosov Yakob Rotşildin ən çox dəyər verdiyi bir insan idi. Bosovun uşaqları Yakob Rothşildin mənəvi nəvələri kimi idilər.
Bosovun 5 övladı indi Rotşild ailəsinin nəzarəti altındadır. Onun ölümü Yakob Rotşildi dərindən kədərləndirib. Lakin Yakob Rotşild Baron olduqdan sonra 40-a yaxın dostunu sui-qəsd nəticəsində itirib.
Yakob Rotşildin indi 84 yaşı var. O, oğlu Nat Rotşildi xüsusi mərasimlə 5-ci Baron elan edəcəkdi. Lakin koronavirus buna mane olub. Ailəyə yaxın olan mənbələr oğlunu 5-ci Baron elan etməkdən imtina etdiyini bildiriblər. Çünki 84 yaşında olmasına baxmayaraq, kraliça II. Elizabet belə virusdan qorxduğu üçün heç kimlə görüşmədiyi halda, Yakob Rotşild evində 100-dən çox önəmli insanı qonaq edib. Hətta bu, müharibənin nə qədər şiddətli olduğunu daha yaxşı göstərir.
Yakob Rotşildin və ya Dərin Amerikanın “Böyük Sıfırlama” planı baş tutacaqmı? “Böyük Sıfırlama” planı hər bir ölkəyə təsir edir və münaqişənin gərginləşməsi ölkələri daha çətin vəziyyətdə qoyacaq.
Buna görə, Avropa Birliyi dağılacağını düşünüb qorxur. Dərin Amerika çox ciddi simalar vasitəsilə bəzi Avropa ölkələrinə təzyiq göstərir. Həmin ölkələr böyük narahatlıq keçirirlər. Çünki onların bu qərarı ölkələrinin gələcəyinə təsir edəcək.
Bu vəziyyət heç kəsi təəccübləndirməməlidir. Çünki böyük bir dəyişiklik olacaq. Təbii olaraq bundan təsirlənməyən adam qalmayacaq.
Bununla birlikdə, “Böyük Sıfırlama” böyük ailələrin ən çətin dövrlərdə istifadə etdiyi bir kod kimi bilinir. İndi hər iki tərəf bu kod vasitəsilə yeni bir sistemi planlaşdırır.
ABŞ-dakı qiyam da “Böyük Sıfırlama” ilə əlaqələndirilir. Çünki “Böyük Sıfırlama” may ayının ilk həftəsindən bəri müzakirə edilir.
İndi isə bunun həyata keçdiyini görürük.
2021-ci ildə Davosda kimin qalib gəldiyini görəcəyik. Ancaq unutmayın ki, Davosda hər iki tərəf “Böyük Sıfırlama” zirvəsində yarışacaq. Böyük bir sıfırlama olması üçün ikinci dalğaya ehtiyac varmı? Lazım olsa, əlbəttə ki, var. Ancaq koronavirusla birlikdə tamamən fərqli bir dünyaya keçid edildiyi göz qabağındadır. Məhz bunun zirvəsini edirlər.
Davosda üz-üzə gələcək olan güc hər yerdə, xüsusən də ABŞ-da mübarizə aparır. Görəsən, sıfırlama olacaqmı? Olsa nələr baş verə bilər? İndi iqtisadçılar bunu müzakirə etməlidirlər.
Daxildə nələr baş verir? Məsələn, böyük iqtisadi çöküş hazırlana bilərmi?
Bilmirik. Ancaq bunlar müzakirə edilməli olan məsələlərdir və biz bunlardan çox uzaqdayıq.