Bir neçə gün öncə bəzi saytlarda Masallı Rayonu İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynzadənin Bakıdakı avtosalonların birinə hücum etməsilə bağlı məlumat yayıldı.
Anacaq üstündən 2 gün keçməmiş bu məlumatın tamamilə böhtan xarakterli olduğu aşkarlandı. Məlum oldu ki, peşəkar idmançı olan Şəhriyar Hüseynzadə həmin ərəfədə ümumiyyətlə, Azərbaycanda olmayıb. O, İtaliyanın Karara şəhərində keçirilən "Kungfu-Sanda" üzrə dünya çempionatında iştirak edib. Hüseynzadə həmin çempionatda olduqca uğurlu nəticəyə imza ataraq, 90 kq çəki dərəcəsində Azərbaycana gümüş medal qazandırıb.
Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı olan idmançının ölkədə olmadığı halda, barəsində belə məlumatın yayılması müəyyən sullar doğurur.
Aydın görünür ki, Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil edən idmançı haqqında bəzi saytlarda böhtan xarakterli məlumatın yayılması sifarişlə edilib. Sadəcə, sifarişçilər də, sifarişi icra edənlər də naşı olduqlarından hansı yanlışlığa yol verdiklərinin fərqində olmayıblar. Nəticədə, özləri ifşa olunublar. Bəs bu sifariş kim tərəfindən verilə bilər?
Masallıda gərginlik yaratmaq istəyən qüvvələr hər kəsə bəllidir. Bu qüvvələr rayonda daxili çaxnaşma yaratmaq üçün daim müxtəlif planlar cızıblar. Təəssüf ki, onlar bu planlarını həyata keçirmək üçün həqiqəti pula satan bəzi mətbuat orqanlarından da yararlanıblar. Ancaq onların Masallıda gərginlik yaratmaq istəkləri həmişə nəticəsiz qalıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Masallıya səfərlərindən öncə və sonra bu qüvvələr fəallaşırlar. Sentyabr ayında Azərbaycan Prezidentinin Masallıya səfərindən öncə təxribatçılar bəzi mətbuat orqanlarına böhtan dolu açıqlamalar verərək, vəziyyəti gərginləşdirməyə cəhd etdilər. Ancaq istəklərinə nail olmadılar. Onların müəyyən müddətdən sonra yenidən fəallaşacağı da gözlənilirdi. Amma bu dəfə fərqli yol tutublar - rayon icra başçısının oğlunu hədəf alıblar.
Ancaq göründüyü kimi, bu dəfə də planlarını həyata keçirə bilməyiblər. Həm özlərini, həm də onların sifarişilə böhtan xarakterli məlumat yayan mətbuat orqanlarını biabır ediblər.
P.S. Təxribatçıların icra başçısının oğlunun “hücumu” ilə bağlı yaydıqları 14 saniyəlik videogörüntünü də təqdim edirik. Hansısa avtosalonda avtomobili görüntüləyərək, bunu hücum kimi təqdim etməyin nəyin əlaməti olmasına qoy oxucular özü qiymət versinlər.
MilliYol.Az
Digər xəbərlər
loading...