Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın və həyat yoldaşının daha bir əmlakı Nyu-Yorkun Bergen səmtində - 1111 RIVER ROAD Block 33, Edgewater Boro ünvanındadır.
MilliYol.Az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, bu mənzil də 2016-cı ildə 152 min dollara xanım diplomatın həyat yoldaşı Aydın Hüseynovun adına alınıb. BMT-nin Baş Qərargahı yaxınlığında yerləşən və bundan əvvəl haqqında söz açılan digər mənzil də 2016-cı ildə 165 min dollara alınmışdı.
Üçüncü mənzil isə (ünvan: 500 Central Ave Apt 213 Union City) 2015-ci ilin oktyabrında 159,999 dollara alınıb. Bu mənzil də xanım diplomatın və həyat yoldaşının adınadır. Ümumilikdə səfir və həyat yoldaşı 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayına qədər, 6 ay ərzində 3 mənzilə 477 min dollar ödəyiblər.
Artıq Xanım İbrahimovanın həyat yoldaşı Aydın Hüseynov Nyu-Yorkda 165 min dollara aldıqları mənzillə bağlı yayılan xəbərə münasibət bildirib.
Aydın Hüseynov jurnalist Cavanşir Həsənliyə göndərdiyi məktubda diplomat xanımının və özünün adına aldıqları mənzilin şəxsi məsələ olduğunu yazır:
"Doğru məlumata sahib olduğunuzu hesab etmirəm. Bəli, bu şəxsi məsələdir. Uzun illərdir Wall Street-də işləyirəm və həqiqətən Nyu-Yorkda və digər ünvanlarda mənim və həyat yoldaşımın adına əmlak satın almışam".
A. Hüseynov bunu özü ilə bağlı göndərdiyi məlumatlarla izah edib.