Dövlət Neft Şirkətinin (SOCAR) Sosial məsələlər üzrə virse-prezidenti Bədəl Bədəlovun oğlu yeni şirkət təsis edib.
Yeniavaz.com xəbər verir ki, qanuni təmsilçisi Elvin Bədəlov olan "Naftalan Mərkəzi Sanatoriyası” MMC bu ilin aprel ayının 2-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, ev 32Ş m 79-da yerləşir.
Xatırladaq ki, daha əvvəl mətbuatda Bədəl Bədəlovun digər övladı Elçin Bədəlov sosial şəbəkələrdə özünün bahalı avtomobilinin şəkilini paylaşması ilə gündəmə gəlmişdir.
Məlumat üçün qeyd edək ki, SOCAR Sosial məsələlər üzrə virse-prezidenti Bədəl Bədəlovun 1961-ci ildə Goranboy rayonunda anadan olub. 1997-2003-cü illərdə "Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışıb.