Türkiyədə növbəti terror aktı törədilib. MilliYol.Az xəbər verir ki, hadisə Diyarbəkirdəki Terrorla Mübarizə və Çevik Polis Alayının binasının qarşısında - həbsxanadan 200 metr aralıda baş verib.
Terrorçuların binaya bombalı hücumundan sonra atışma başlayıb. Əraziya çox sayda ambulans göndərilib. İlkin məlumatlara görə, 30-dan artıq yaralı var. Ölənlərin olub-olmaması barədə məlumat verilmir.
Qeyd edək ki, ötən axşam Türkiyədə HDP sədri Səlahəddin Demirtaş da daxil olmaqla 11 deputat terrora dəstək ittihamı ilə həbs olunub.
***
Diyarbəkirdəki terror aktı zamanı ölən və yaralananların sayı açıqlanıb. Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım məlumat verib.
Baş nazir bildirib ki, xain hücum zamanı 2-si polis olmaqla 8 nəfər şəhid olub. Yaralıların sayı isə 100-dən artıqdır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...