2020-ci ildə Azərbaycanda uşaqlara ən çox verilən adlar açıqlanıb.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu ilin ilk ayından indiyədək uşaqlara ən çox verilən adlar son bir neçə ildə olduğu kimi Yusif və Zəhradır:
Rəsmi məlumata əsasən, qızlara və oğlanlara verilən adların ilk onluğunu təqdim edirik:
OĞLANLAR:
Yusif (539)
Uğur (533)
Əli (516)
Hüseyn (488)
Ömər ( 327)
Məhəmməd (321)
Murad (310)
Raul (255)
Ayxan (254)
Tunar (239)
QIZALAR:
Zəhra (533)
Məryəm (432)
Zeynəb (400)
Mələk (388)
Aylin (360)
Fatimə (354)
Nuray (342)
Nilay (295)
Dəniz (269)
İnci (264)
Qeyd edək ki, son 5 ilin statistikasına görə, ilk onluqda Yusif (11843), Zəhra (11300), Əli (9290), Hüseyn (8767), Nuray (7898), Zeynəb (7242), Məryəm (6897), Aylin (6787), Uğur (6767), Ömər (6700) adları qərarlaşıb.