15 may 2020-ci il tarxdə Türk Bələdiyyələr Birliyinin və Gazintəp Böyükşəhər bələdiyyəsinin sədri Fatma Şahinin təşəbbüsü ilə pandemiya dövründə koronovirusla mübarizə sahəsində iki qardaş dövlətin bələdiyələrinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə Azərbaycan Şəhər Bələdiyələrinin Milli Assosiasiyasının rəhbərlərinin və bir sıra şəhər bələdiyyə sədrlərinin iştirakı ilə vido-konfrans keçirilib.
Video-konfransda Fatma Şahin, Türk Bələdiyyələr Birliyinin Baş katibi Birol Tikiçi, Birliyin Xarici Əlaqələr departamentinin müdiri Camal Baş, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Milli Assosiasiyaların koordinatoru - Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının İcraçı katibi Tofiq Həsənov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev iştirak edib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə koronovirusa qarşı mübarizə çərçivəsində vətəndaşlarımızın sağlamlığının və sosial rifahının qorunması ilə bağlı dövlətimizin vaxtında və sistemli şəkildə apardığı geniş miqyaslı tədbirlər barədə ətraflı məlumat verib. T Tağıyev eyni zamanda qeyd olunan tədbirlərdə ölkə bələdiyyələrinin də fəal iştirak etməsi və gördükləri işləri konfrans iştirakçılarının diqqətinə şatdıraraq, iki qardaş ölkə bələdiyyələri arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını və bü münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulaıb.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının rəhbərliyini və bələdiyyə sədrlərini salamlayan Fatma Şahin pandemiya dövründə Türkiyədə bələdiyyələr tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verərək eyni zamanda ölkələrimizin bələdiyyələri arasında qardaşlaşmanın mühüm əhəmiyyətindən və bu prosesin genişləndirməsinin vacibliyindən danışıb.
Video-konfransın digər iştirakçıları da pandemiya dövründə bələdiyyələrin yerli icra hakimiyyəti ilə birgə həyata keçirtdikləri tədbirlər barədə məlumat veriblər və qardaş Türkiyə bələdiyyələri ilə qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsini əhəmiyyətini bildiriblər.