“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”.
Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Mahir Aslanov deyib.
Deputat "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o 53 il siqaret çəkib.
“Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”
MilliYol.Az
Digər xəbərlər
loading...