Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
MilliYol.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov olub. O, bu il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.
Prezident İlham Əliyevin martın 9-da imzaladığlı sərəncamla Aqil Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər xəbərlər
loading...