Bir qrup Yardımlı sakini Milli Məclisin deputatı Musa Qasımlıya mətbuat vasitəsi ilə müraciət ünvanlayıblar. Onlar Milli Məclisin mayın 5-də keçirilən iclasında Musa Qasımlının Yardımlının icra başçısı Ayaz Əsgərovu, başçının müavinləri Mahir Mirzəyevi, Azər Xamıyevi müdafiə etməsindən təəccübləndiklərini bildirirlər.
Şikayətçilər qeyd edirlər ki, Yardımlı əhalisini parlamentdə təmsil edən Musa Qasımlının seçicilərin haqqını deyil, “Yardımlını məhv edən rüşvətxor məmurları” müdafiə etməsini heç cür başa düşmürlər:
“Musa Qasımlı, hörmətli xalq şairi Sabir Rüstəmxanlının Yardımlının icra başçısı haqqında söylədilkəri həqiqətlərdə səhv tutur və Milli Məclisin tribunasından rayonu məhv edən icra başçısını və müavinlərini tərif edir. Deyir ki, Yardımlıda 1500 ailəyə yardım edilib. Millət vəkili yardımlıların sosial şəbəklərdə baş alıb gedən fəryadını niyə görməməzlikdən gəlir? Niyə kasıb xalqın yanında yox, Yardımlı rayonunu talayan bir qrup məmurub yanında yer alır? Belə çıxır ki, Musa Qasımlı Yardımlı camaatının yox, Ayaz Əsgərovun, Mahir Mirzəyevin, Azər Xamıyevin vəkilidir?
Bu gün möhtərəm prezindetimiz İlham Əliyev xalqa qənim kəsilən məmurları layiq olduqları yerə göndəriri və inanırıq ki, göndərməkdə də davam edəcək.
Biz möhtərəm Prezidentimizin bu addımlarını alqışlayırıq. Lakin deputatımız olan Musa Qasımlının ortaya qoyduğu mövqeyi başa düşməkdə çətinlik çəkirik. Cənab Prezidentimiz dəfələrlə bildirib ki, hər bir məmur xalqın xudmətçisidir.
Məmurun borcudur ki, Prezidentimizin etimadını doğrultsun. Prezidentimizin etimadını doğrulda bilməyən və xalqın qəsdinə duran məmurları depuatat niyə müdafiə edir? Deputat həmkarı Sabir Rüstəmxanlının dilə gətirdiyi həqiqətlər niyə Musa Qasımlıya təsir edir, niyə bu həqiqətlərin dilə gətirilməsindən narahat olur? Axı Musa Qasımlı başçının problemini həll etmək üçün Milli Məclisdə oturmayıb. Seçicilərinin haqqını qorumaq üçün ordadır”.
Daha sonra seçiciləri deputatı Yardımlının problemlərinə biganə olmaqda və bu problemlərin həllinə kömək olmadığına görə qınayırlar:
“Yardımlı rayonun girişindən İran sərhədinə qədər bütün yolların bərbad vəziyyətdə olması niyə sizi maraqlandırmır7 Niyə bu gün sosial şəbəklərdə fryad edən seçicilərinizin problemlərini həll etmək üçün heç bir cəhd etmirsiniz? Amma başçı haqqında mətbuatda gedən haqlı yazılara dözə bilmir və ona qahmaq çıxırsınız? Seçicilərin problemləri ilə bağlı isə susursunuz. Bu mövqeyinizi necə başa düşək? Ostayr kəndinin problemləri və ordakı sakinlərin üzləşdiyi haqsızlıqlar niyə sizi narahat etmir?
Əhaliyə olunan yardımlardan danışırsınız. Axı bilirsiniz ki, H.Əliyev Fondunun bizlərə yolladıqları yardımlar mənumsənilib və daha sonra sosial şəbəkələrdə xalq buna etiraz etdikdə bu mənimsəməni ört-basdır etmək üçün Ayaz Əsgərov, Mahir Mirzəyev və Azər Xamıyev 30 icra nümayəndəsini məcbur ediblər ki, vətəndaşlara öz vəsaitləri hesabına yardımetsinlər. Mahir Mirzəyev bu gün həmin 30 icra nümayəndəni məcbur edir ki, öz hesabınıza tütün əkin, xalqa iş verin. İcra nümayəndəsi deyndə ki, əkə bilmirik, imkanımız yoxdur, deyir ki, onda ərizənizi yazın işdən çıxın. Bu bizə sərf edir. Pul alıb yeni adamlar təyin edərik, tütünü də əkdirərik.
Musa müəllim bunu sizin müdafiə etdiyiniz icra hakimiyyəti edir. Siz bu gün ağır şərtlər altında yaşayan Yardımlı xalqının yanında olmalısınız, onların haqqını müdafiə etməlisiniz. Neçə illərdir Yardımlının deputatısıniz. Heç bir dəfə maraqlandınızmı ki, Yardımlıda iki uşaq baxçası tikilib, niyə cəmi bir ay fəaliyyət göstərdikdən sonrabu uşaq baxçaları bağlanıb və bugündə qapıalrı bağlıdır? Bir dəfə də olsun maraqlanmısınızmı ki, Yardımlı uşaqları 21-ci əsrdə hansı məktəblərdə necə təhsil alırlar? Və yaxud da Yardımlda məktəbəqədər təhsil varmı?
Yardımlı rayonun təkcə yoluna baxsanız, ya da məktəblərinə və Mahir Mirzəyevin, Ayaz Əsgərovun villaları ilə müqayisə etsəniz, hər şey özü özündən ortaya çıxacaq. Özünüz qiymət verin, 1200 manat maaş alan Mahir Mirzəyev kimi məmurlar o villaları necə tikdiriblər? Aydın deyilmi ki, Yardımlı rayonuna ayrılan pullarln mənimsənilməsi hesabına tikilib həmin villalar?
Biz bir daha sizə sizə hörmətli bir ziyalı kimi üz tutub deyirik ki, bu gün siz haqqı yeyilən Yardımlı sakinlərinin yanında olmalısınız. Biz isə deyirik ki, cənab Prezident, Yardımlı xalqı sizin yaynınzdadır. İnanırıq ki, tez bir zamanda sizin apardığınız ıslahatlara və ölkəmizə ləkə gətirən bu məmurlar da öz layiqli cəzalarını alacaqlar”.
Redaksiyadan: Hesab edirik ki, Azərbaycanın tanınb-sayılan ziyalılarından biri olan Musa Qasımlı öz seçicilərinin bu qalmaqallı suallarına cavab verəcək. Çox yaxşı olardı ki, hörmətli Musa müəllim bu iddalarla bağlı möveyini ortaya qoysun və onun verdiyi cavabı bütün seçiciləri və Yardımlı əhalisi duysun.
Qeyd edək ki, redaksiyamıza Yardımlıdan çoxlu sayda şikayət məktubları gəlməkdədir. Həmin şikayətlərlə bağlı Yardımlı rayon İcra Hakimiyyətinə sorğu yollamışıq və sorğumuzun cavabını gözləməkdəyik.
Mənbə: pia.az