Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti videokonfransı keçirib.
Müşavirəni giriş sözü ilə açan rayon İçra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilk öncə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli qərarı ilə rayon ərazisində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmiş və bundan sonra da Qərargahıın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırmış, bu sahədə əhali arasında ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulamışdır. İcra başçısı daha sonra bildirmişdir ki, indi kənd təsərrüfatı işlərinin qızğın vaxtıdır. Qarşıdan gələn taxıl biçinin, pamıq əkinlərinin aqrotexniki qaydada keçirilməsi və becərilməsinin nümunəvi təşkili qarşıda duran vacib vəzifələrdəndir. İcra başçısı baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışmışdır. O bir sira ərazi vahidliklərində əkilmiş tut ağaclarına laqeyd münasibətdə olan icra nümayəndələrini ciddi tənqid etmişdir.
Müşavirədə ictimai işlərə cəlb olunmuş işçilərin işə davamiyyəti və bu sahəyənəzarətin təşkili istiqamətində görülən işlərə də toxunulmuşdur.
Onlayn müşavirədə rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri pandemiya dövründə və əkinçilik sahəsində görülmüş işlərlə bağlı hesabat vermişlər. Onlayn müşavirəni yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov icra stukturları qarşısında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox mühüm və təxirəsalınmaz vəzifələr qoyulduğunu xüsusi vurğulayaraq, inzibati ərazi dairələri üzrə nümayəndələrin qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən işləri daha məsuliyyətlə və ardıcıllıqla yerinə yetirməyə çağırmış, vətəndaş müraciətlərinə həssaslıqla yanaşmağı bir vəzifə olaraq bildirmişdir.