Tarixə qəddar və zalımlığı ilə ad çıxarmış bir çox hökmdar məlumdur. Onlardan biri isə insan bədəni yeyən, Mərkəzi Afrikanın hökmdarı olmuş Jan Bedel Bokassadır. Hərbi çevrilişdən sonra hakimiyyətə gələn “adamyeyən” daha sonra müxalifətdən ən qəddar şəkildə qisasını alır. Bokassanın adı Afrika xalqında hələ də qorxu yaradır. Axı bu insan haqqında elə də yaxşı əfsanələr gəzmir.
Publika.az xəbər verir ki, gəncliyində hərbiçi olan Bokassa, İkinci Dünya müharibəsində Fransa tərəfdən iştirak edib. O, daha sonra Mərkəzi Afrikaya qayıdaraq ölkəyə başçılıq edən dayısının taxtdan salaraq yeni il çevrilişinin təşəbbüsçüsü olub.
Bokassa tamahkar və acgözlüyü ilə məşhurdur. O, özünü Mərkəzi Afrikanın ölməz hakimi elan edərək, tacqoyma mərasiminə 20 milyon dollar xərcləyir. Bu isə ölkənin illik büdcəsindən bir neçə dəfə çox olur. Kasıb ölkəni idarə edən hökmdar özünə 2 tonluq qızıldan tac düzəltdirməyə də çəkinmir.
İmperator çoxarvadlılıqla da məşhur idi. Onun 17 arvadı və rəsmi qeydiyyata düşmüş 77 uşağı var idi. Uşaqların tərbiyəsi ilə demək olar ki, məşğul olmurdu. Yeganə qadağa etdiyi şey isə “şirəli donuz əti” idi. Onun fikrincə, bu, insan ətidir. Səbəb isə çox sadə idi. O, düşünürdü ki, insan əti dadan övladları onu hakimiyyətdən endirə bilərlər.
Bunun əksinə düşmənlərinin ətindən “kef” çəkmək, onun ən sevimli məşğuliyyətlərindən biri idi. Düzdür bunu təsəvvür etmək belə dəhşətlidir. Ancaq Bokassanın xəstə fantaziyası onun dəhşətli əyləncələr etməyi vadar edirdi. O, düyü və tərəvəzlərlə düşmən bədənlərindən bişirilmiş yeməklə şam etməyi sevirdi. Qəddarlığını sübut etmək üçün imperator öldürdüyü şəxsin ətindən hazırlanmış eyş-işrət məclisinə həmin şəxsin ailəsini də dəvət edirdi. Bundan başqa Bokassa ona baş çəkməyə gələn diplomatlarla da bu zarafatı həyata keçirərdi. O, yemək zamanı donuz ətindən bişirlişmiş yeməyi insan əti kimi qələmə verirdi.
Bokassa yeməkləri gözəl saydığı qadınlarla müqayisədə daha ləzzətli hesab edirdi. Belə acı taledən hətta onun həyat yoldaşları da qaça bilməyib. İmperatorun tapşırığı ilə keçirilən Mərkəzi Afrikanın ilk gözəllik yarışmasının qalibi də yarışmadan 24 saat sonra zalım hökmdarın şam yeməyi olmuşdu...
Bokassanın hakimiyyəti 1979-cu ildə devrilərək sona çatır. O, bütün məhkumlar kimi hakim qarşısında cavab verməli olur. Ona çoxlu sayda cinayət işi açılır. O, kütləvi qətldə, dövlətin vəsaitinin mənimsənilməsində günahlandırılır. Soyuducusunda düşmənlərinə aid bədənlər tapılmasına baxmayaraq, imperator bunu yalnız ritual məqsədilə etdiyini söyləyir. Onun “adamyeyən”liyini sübut etmək mümkün olmayıb. Hökmdara ölüm hökmü oxunsa da sonradan bu qərar 22 illik həbslə əvəz edilir. Lakin faktlara əsaslansaq 1993-cü ildə azadlığa çıxır. Bir neçə ildən sonra unudulmuş imperator ürək çatışmazlığından dünyasını dəyişir.
MilliYol.Az
Digər xəbərlər
loading...