28 aprel 2020-ci il tarixdə “YouTube” sosial şəbəkəsində “Ays N”səhifəsində Sabirabad şəhəri H.Həmidov küçəsi 103 ünvanda yaşayan Əzizov Zamir Muğdət oğlunun rayon Məşğulluq Mərkəzində özbaşınalıq hökm sürdüyünü və mərkəzin əməkdaşlarıın onun müraciətlərinə baxmadığı barədə videosu yayımlanıb.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, Z.Əzizov 23 aprel 2020-ci il tarixdə pandemiya dövründə karantin rejimini pozaraq Mərkəzə gəlmiş, Mərkəzin böyük məsləhətçisi Musa Ramazanovun xidməti otağına daxil olaraq ona 190 manatın verilməsini tələb edib.
M.Ramazanov tələb olunan vəsaitin onlara aid olmadığını izah etməsinə baxmayaraq Z.Əzizov təhqiramiz hərəkətlərə yol vermiş və elə bu səbəbdən o otaqdan çıxarılıb. Z.Əzizovun özbaşınalığı o həddə çatıb ki, o M.Ramazanovun şəxsi avtomobilini təpiklə əzərək ciddi ziyan vurub. Yerli məhkəmənin qərarı ilə Z.Əzizov 200 manat cərimələnib.
Məlumat üçün bildiririk ki, vətəndaş Z.Əzizov hər ay ümumilikdə 408 manat olmaqla əmək pensiyası və ünvanlı sosial yardım, həyat yoldaşı Tavət Əzizov isə bu ilin əvvəlindən ictimai işlərə cəlb olunaraq hər ay 250 manat əmək haqqı alırlar. Həmçinin Z.Əzizov 2019-cu ildə özünəməşğuluq layihəsindən gözəllik salonu üçün aktivlərlə də təmin edilib.
Milliyol.az