Aprelin 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 27 mm (aylıq normanın 48 faizi), Sarıbaş (Qax), Astarada 25 mm, Daşkəsəndə 21 mm, Tərtərdə 20 mm, Göygöl, İsmayıllıda 19 mm, Yardımlı, Ağsu, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Göyçayda 16 mm (aylıq normanın 32 faizi), Mingəçevirdə 25 mm (aylıq normanın 73 faizi), Zərdabda 16 mm (aylıq normanın 52 faizi), Kürdəmirdə 16 mm (aylıq normanın 46 faizi), Şəki, Beyləqanda 16 mm (aylıq normanın 52 faizi), Gədəbəydə 16 mm, Biləsuvarda 15 mm (aylıq normanın 44 faizi), Ağdərə (Ordubad), Zaqatalada 15 mm, Sabirabadda 14 mm (aylıq normanın 44 faizi), Bərdə, Ağstafa, Naftalan, Kişçay (Şəki), Şahbuz, Şəmkir, Oğuzda 14 mm, Yevlax, Göytəpədə 13 mm, Neftçala, Tovuz, İmişlidə 12 mm, Ordubad, Gəncə, Balakəndə 11 mm, Xaltan, Qrız, Mərəzə, Lerik, Salyan, Cəfərxan, Xınalıq, Şərur, Qusar, Altıağac, Ağdam, Şahdağ, Ceyrançöl, Qazıməmməd, Culfa, Xaçmaz, Naxçıvan, Şabran, Qubada 2-10 mm, Sumqayıt, Bakı, Binədə 4 mm, Zabrat, Maştağada 3 mm, Pirallahıda 2 mm, Çilov adası, Neft Daşlarında 1 mm olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax), Əlibəydə (Şəki) 26 sm, Daşkəsəndə 23 sm, Qrızda 13 sm, Xınalıq, Gədəbəydə 12 sm, Kişçayda (Şəki) 8 sm, Şahdağda 6 sm, Ağdərədə 3 sm, Altıağac, Xaltanda 2 sm-ə çatıb.
Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 9-11, aran rayonlarında 9-15, dağlıq rayonlarda 0-2, Naxçıvan MR-da 14-19 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.