Cənubi Koreyada prezidentin rəfiqəsi ilə bağlı yaranmış korrupsiya qalmaqalı hökumətin dəyişilməsi ilə nəticələnib.
ATV.az-ın məlumatına görə, dövlət başçısı baş nazir postuna Kim Bn Çjunu təyin edib. Kabinetdə digər əsas vəzifələrə də yeni şəxslər təyin olunacaq. Lakin müxalifət dairələri hökumətdə kadr dəyişikliyinin problemin həllinə təsir göstərməyəcəyini düşünür. Onlar bildirir ki, korrupsiya qalmaqalı prezident Pak Kın Xenin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi üzündən baş verib.
İddia olunur ki, onun rəfiqəsi Çxve Sun Sil dövlət başçısına təsirindən istifadə edərək, nəhəng korporasiyaları çoxmilyonlu yatırımlar etməyə məcbur edib. Bununla da 70 milyard dollardan çox vəsait mənimsənilib. Prezidentin rəfiqəsi bu məbləğin böyük bir qismini xaricdə daşınmaz əmlak almağa və qızının təhsil haqqını ödəməyə sərf edib
MilliYol.Az
Digər xəbərlər
loading...