Hələbdə mühasirəyə alınan terrorçular dinc insanların şəhəri tərk etməsi üçün ağlasığmaz şərt irəli sürüb.
ATV.az-ın məlumatına görə, “Ceyş-Əl-Fəth” terror qruplaşması adından sakinlərə paylanan vərəqlərdə yazılıb ki, şəhəri humanitar dəhlizlərlə tərk etmək istəyən şəxslərə heç bir maneə törədilməyəcək. Lakin onlar hər bir sakinə görə 150 min Suriya lirəsi - 300 dollar ödəməlidir.
“Rəhbərliyimiz Suriya ordusunun bombardmanları və məhəllələrin mühasirəyə alınması üzündən dinc insanların əzab çəkdiyini yaxşı anlayır. Qardaşlarımızla keçirdiyimiz toplantıdan sonra qərara gəldik ki, 14-55 yaşlarında olan sakinlərin şəhəri tərk etməsinə icazə verək. Hər bir şəxs 150 min lirə ödənməlidir”
Qeyd edək ki, Rusiya və Suriya hərbçiləri dinc əhali arasında tələfatın qarşısının alınması üçün 8 humanitar dəhliz yaradıb. Buradan sakinlərlə yanaşı, silahı yerə qoyan terrorçular da çıxa bilər. Lakin terrorçular hələ də silahlı müqavimətə üstünlük verir.
MilliYol.Az
Digər xəbərlər
loading...