2 il əvvəl ciddi nöqsanlara görə işdən çıxarılan baş həkim yenidən vəzifəsinə qaytarılıb
Xocavənddən MiiliYol-a daxil olan məlumata görə rayon xəstəxanasının sabiq baş həkimi Nürəngiz Bəşirov yenidən vəzifəsinə təyinat alıb. Nurəngiz Bəşirovanın yenidən baş həkim təyinatı almasında isə Xocavəndin icra başçısı Eyvaz Hüseynovun mühüm rol oynadığı deyilir.
Qeyd edək ki, Nurəngiz Bəşirova Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən yol verdiyi ciddi nöqsanlara görə 2 il öncə Səhiyyə Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. Vəzifədən çıxarılmasına baxmayaraq Nurəngiz Bəşirova ötən 2 il müddətində qeyri-rəmi olaraq Xocavənd Mərkəzi Xəstəxanasının baş həkiminin kabinetində oturub və bu vəzivəni icra edib. Səhiyyə Nazirliyinin təyinatı ilə baş həkim vəzifəsinə gətirilən Fövzi Tahirova isə faktiki olaraq vəzifəsini icra etməyə imkan verməyib.
Bu misli görünməmiş qanunsuzluq Xocabənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa hamiliyi ilə həyata keçirilib. Qeyd edək ki, bu barədə mətbuatda ötən il məlumat yayılmışdı.
Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Fövzi Tahirov Ağcabədi Xəstəxanasının baş həkimi təyin edildikdən sonra bu ilin əvvəlində Xocavənd icra başçısı Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq Nürəngiz Bəşirovanın baş həkim təyinatına çalışıb. Sonunda TƏBİB-in rəhbərliyi icra başçısının israrlı xahişini yerinə yetirib və 2 il əvvəl çox ciddi səbəblərə görə işdən azad olunan Nürəngiz Bəşirova Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat alıb.
Maraqlıdır ki, Nurəngiz Bəşirovanın baş həkim təyinatı alması 3 ay müddətində gizli saxlanılıb. Yalnız aprelin əvvəlində Xocabənd rayon İcra Hakimiyyətinin saytında Nurəngiz Bəşirovanın baş həkim olması ilə bağlı məlumat yeləşdirilib. Yəqin ki, bu da ölkədə karantin vəziyyətinin elan olunması səbəbi ilə edilib.
Bir maraqlı məsələyə də Xocabənd rayon İcra Hakimiyyətinin və TƏBİB-in aydınlıq gətirməsinə ehtiyac var. Beləki aşağıdakı şəkildən də gördüyünüz Xocabənd rayon İcra Hakimiyyətinin rəsmi saytında Nürəngiz Bəşirovanın adı həm baş həkim, həm də baş həkimin müavini kimi qeyd edilib.
Bu zaman sual yaranır: Nurəngiz Bəşirova baş həkimdir, yoxsa baş həkimin müavini? Digər tərəfdən belə çıxır ki, 2 il müddətində qeyri-qanuni olaraq baş həkimin kabinetini məşğul edən Nurəngiz Bəşirova gizli şəkildə baş həkimin müavini vəzifəsinə təyin olunub və TƏBİB onu baş həkim təyin edərkən müavinlikdən azad etməyi unudub, ya da bu barədə məlumatsız olb. Nurəngiz Bəşirova isə əvvələr qeyri rəsmi olaraq məşğul etdiyi hər iki kreslonu rəsmi şəkildə məşğul etməyi daha uyğun bilib.
Məsələ ilə bağlı TƏBİB-in və Xocabənd rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Qetd: Xatırladaq ki, bir neçə il əvvəl Ağcabədi Rayon Prokurorluğunda Xocavənd Rayon Mərkəzi xəstəxanının baş həkimi Nürəngiz Bəşirova və xəstəxanının bir neçə əməkdaşı barəsində cinayət iş açılmışdı. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən N.Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə günahlandırılırdı. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilirdi.
MilliYol.az