Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müxtəlif tədbirlər həyata keçirir.
FHN-in mətbuat xidmətindən MilliYol.Az-a bildiriblər ki , növbəti belə tədbir nazirliyin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunda həyata keçirilib. Belə ki, Regional Mərkəz əməkdaşları tərəfindən Lənkəran şəhəri və rayonun müxtəlif kəndlərində yaşayan bir sıra ailələrə baş çəkilib, onlara yardım göstərilib. Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb. Görüş zamanı nazirliyin əməkdaşları ailələrdə maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.