Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Bu barədə MilliYol.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü, ağ ciyər ödəmi və tənəffüs çatışmazlığı olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.
Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61 342 test aparılıb.