Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında lift qırılıb.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.
Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində lift qırılaraq şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər – 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Seyidəli Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Onların xəsarəti yüngül olub.
MilliYol.Az
Digər xəbərlər
loading...