Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığın geniş spektrli istiqamətləri, o cümlədən aviasiya təchizatı üzrə danışıqlar aparmağa hazırdır.
MilliYol.Az xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FHTƏX) məlumat verilib.
“Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya Federasiyasının çoxdankı tərəfdaşıdır. Bu əməkdaşlıq ölkələrimiz arasında davamlı və sistemli şəkildə inkişaf edir. Bu baxımdan həmkarlarımızla əməkdaşlığın geniş spektrli istiqamətlərini, o cümlədən aviasiya mövzusunu müzakirə etməyə hazırıq”, - FHTƏX-nin rəsmi nümayəndəsi Mariya Vorobyova deyib.
Daha əvvəl Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrində olublar.